Yollarda can veririk: Piyada ölümlərinin qarşısını necə alaq? - TƏKLİF
Fidan Həmişəyeva
13:45 11.12.2019
Hadisə
844
Bakının Binəqədi rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə daş bazarı yaxınlığında qeydə alınıb. Ərazidə işıqlandırma zəif olduğu üçün “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən məktəb şagirdi qız və oğlanı vurub.
Köməkçi yoldan əsas yola çıxan yük maşını sola dönərkən iki piyadanın üzərindən keçib. Hər iki şagird maşının altında qalaraq dünyasını dəyişib. Ağır qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.
“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a açıqlamasında təəssüf hissi ilə bildirib ki, yol qəzalarında piyadaların dünyasını dəyişməsi halları artıb.
Ekspert qeyd edib ki, ölkəmizdə bəzi yollardakı işıqlandırma sistemi yaxşı vəziyyətdə deyil:
“Son illərdə bu temp bizi çox narahat edir. Əsas səbəblər sırasında piyada məsuliyyətsizliyi, sürücü diqqətsizliyi eləcə də yol təsərrüfatının arzuolunan səviyyədə olmamasıdır. Həqiqətən də yollar düzgün işıqlandırılmır. Hansı ki, 3 ay bundan əvvəl cənab Prezident İlham Əliyev tərəfindən keçirilən müşavirələrin birində aidiyyəti qurumlara çox ciddi tapşırıq verildi. Amma baxanda görürük ki, yollarda işıq dirəkləri hər gün sıradan çıxır və həmin dirəyi bərpa etmək əvəzinə üstünə dəmir lövhə qoyaraq onu silib yox edirlər. Yollarımız normal işıqlandırılmalıdır, piyada keçidləri normal və keyfiyyətli boyalarla çəkilməlidir ki, onu həm sürücü, həm də piyadalar görə bilsin. Yəni, onların işıqqaytarıcı keyfiyyəti olmalıdır və günəş batareyaları ilə işləyən sistem vasitəsilə daim işıqlanıdırlmalıdır ki, piyada və sürücülər üçün aydın vəziyyət yaransın. Lakin bizdə piyada keçidini çəkirlər və 3 aydan sonra görürsən ki, silinib-gedib”.
E.Muradlı bildirib ki, piyada keçidləri arasında məsafə də normal deyil:
“Bu baxımdan bəzən piyadaları da qınamaq olmur, onlar məcburən yol keçirlər. Keçidlər düzgün quraşdırılmalıdığı üçün, görün piyadalar neçə kilometr yol getməlidir ki, keçid tapsın və yolu keçsin. Bəzən deyirik ki, piyadalar məsuliyyətsizlik edirlər, amma gedib şəraiti öyrənəndə görürsən ki, piyadanı da qınamaq olmur. Qanunda nəzardə tutulur ki, yaşayış məntəqəsindən kənarda ən azı 700 və 1 kilometrdən bir piyada keçidi olsun. Gedib elə yerlər var, baxıb görcəyik ki, 5 kilometrdən sonra piyada keçidi qoyulub. Yaşayış məntəqələrinə və şəhər içi yollarda eyni vəziyyətdir. 150-300 metrdən bir piyada keçidi olmalıdır, keçid yoxdur və insanlar məcbur qalıb yolu keçirlər. Əlbəttə, kobud şəkildə qayda pozanlar da var. Zolaqlıqlardan istifadə edirlər, telefonla danışa-danışa yolu keçirlər, qanunda qadağan olunsa da, bəzən yolu qaçaraq keçirlər. Bəzi yol faciələri var ki, günahkarı piyadalar olur. Heydər Əliyev prospekti olduqca yüksək sürətlidir və orada bir neçə hərəkət zolağı var. Bir də görürsən ki, sərxoş piyada çıxıb yolun ortasında gəzir. Ona görə bəzən Avropanın bir çox ölkələrində atılan addımları götür-qoy edirik ki, yolları çəpərləyək və yaxud nə edək ki, piyadalar ora girməsin? Bu gün ən asan varinatlardan biri yollarda keyfiyyətli boyalardan istifadə etmək, keçidlərdəki məsafəni nəzərə almaq və ən əsası yolları işıqlandırmaqdır. Yolları işıqlandırmaq mümkün deyilsə belə, piyada keçidləri olan əraziləri işıqlandırmaq lazımdır. Heç olmasa, bunları yerinə yetirsələr yaxşı olar. Amma təəssüflər olsun ki, biz dünyanın bir çox ölkələrinə neft-qaz satırıq, ölkəmizdə isə saat 12 olan kimi yollarda işıqları söndürürlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm