ABŞ mətbuatı müharibə tarixini açıqladı: “Dəmir Yumruq” Tehrana doğru irəliləyir

ABŞ-İran gərginliyi təhlükəli mərhələyə qədəm qoyur.

Sherg.az xəbər verir ki, ABŞ mətbuatı mümkün hərbi qarşıdurmanın 30 yanvar tarixində başlaya biləcəyini yazır. İran tərəfi isə xəbərdarlıq edir: təzyiq davam edərsə, “indiyə qədər görünməmiş cavab” veriləcək.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri İran istiqamətində hərbi mövcudluğunu artırıb, regionda “Dəmir Yumruq” adlandırılan hava və raket sistemləri gücləndirilib. Tehran isə mümkün müharibə ssenarilərinə hazırlaşaraq, Hörmüz boğazının bağlanması, ABŞ gəmilərinə hücumlar və regional müttəfiqlər vasitəsilə zərbələr variantlarını gündəmdə saxlayır.

Ekspertlər xəbərdarlıq edir: proses nəzarətdən çıxarsa, Yaxın Şərq genişmiqyaslı müharibə ilə üz-üzə qala bilər.