Cəbhədə silahlar susacaq: Qərbin təzyiqləri donmuş sülhə aparır - ANALİZ

Rusiya - Ukrayna müharibəsi nin necə sonlanacağına dair hazırda dəqiq proqnoz vermək çətindir. Amma hazırda mövcud məlumatlara, ekspert təhlillərinə və geosiyasi trendlərə görə “ən real” hesab edilən bir neçə ssenari var.

Bir sıra analitiklər və institutlar (məsələn GLOBSEC) hesab edir ki, 2025–2026-ci illər boyu müharibənin “aktiv döyüş mərhələsi” get-gedə azala bilər , amansız döyüşlər zəifləyə, ön xətlər “donmuş xəttə” çevrilə bilər. 

Bu halda , yəni döyüşlər intensivliyi azaldığında tərəflər beynəlxalq vasitəçilərin köməyi ilə sülh sazişinə yönələ bilər. 

Nəticədə rəsmi “qələbə” yox , amma dayanıqlı sülh və sabitlik gələ bilər. Bu, region üçün həm risklər, həm yenidənqurma, həm diplomatiya baxımından ən balanslı seçim kimi görünür.

Bu ssenari ən real sayılır, çünki həm müharibənin davamlılığı, həm Rusiya və Ukrayna mövqelərinin sərtliyi, həm də Qərb-Rusiya qütbləşməsi bu istiqamətdə real görünür.

Eyni zamanda, hər iki tərəfin dayaqları zaman-zaman tükənir: Ukraynanın maliyyə , müdafiə xərcləri artıb, Rusiya isə ordusunu genişləndirsə də, davamlı resurs itkisi və iqtisadi təzyiqlər altındadır. 

Hərbi qələbə və ya tam məğlubiyyət ehtimalları getdikcə az görünür, əvəzində “donmuş münaqişə + diplomatik uzlaşma” yeganə reali çıxış yolu kimi görünür.

Bəzi optimist proqnozlarda isə tam Ukrayna qələbəsi də var: Ukraynanın geniş Qərb dəstəyi, uzunmüddətli müqavimət və yeni taktikalarla Rusiyanı geri oturda bilər. 

 Lakin bu ssenari üçün ciddi şərtlər lazımdır. Qalıcı və geniş yardım, həmçinin Rusiyada daxili böhran.

Beləliklə , gözləntilər belədir ki, müharibənin aktiv fazası yavaş-yavaş yumşalacaq, beynəlxalq vasitəçilərin rolu artacaq və 2026-cı ildə tam olmasa da bölgədə nisbi sabitlik mümkün olacaq. Amma bu, zərərli “status-kvo” deməkdir: Münaqişəli zonalar qalacaq, bərpa çətin olacaq, amma yeni qəflətən eskalasiya riski azala bilər.