
Hərbi ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan birliyinin təməlində təhlükəsizlik dayanır
13:39 09.10.2025
Hərbi
304
Üçtərəfli görüş heç kimə qarşı yönəlməyib, sülhə xidmət edir
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi mənzərə sürətlə dəyişməkdədir. Qlobal səviyyədə baş verən proseslər, regional qarşıdurmalar və güc balansındakı yenidənqurmalar dünya miqyasında təhlükəsizlik mühitini ciddi şəkildə dəyişdirir. Xüsusilə Yaxın Şərq, Avropa və Cənubi Qafqaz kimi həssas bölgələrdə bu dəyişikliklər daha qabarıq şəkildə müşahidə olunur.
Bu baxımdan, Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş xüsusi əhəmiyyət daşıyır. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş çərçivəsində Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla, daha sonra isə Gürcüstanın müdafiə naziri İrakli Çixovani ilə ikitərəfli danışıqlar aparacaq. Regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi mühüm məsələlərin bu görüşlərin əsas gündəm mövzuları olduğu bildirilir. Bu cür yüksək səviyyəli formatların davamlı xarakter alması regionun təhlükəsizlik arxitekturasının güclənməsinə və gələcəkdə dayanıqlı əməkdaşlığın formalaşmasına ciddi töhfə verir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli Sherg.az-a açıqlamasında təkcə məkan olaraq deyil, həm də iqtisadi, siyasi və coğrafi olaraq müəyyən geosiyasi reallıqların özünü getdikcə daha qabarıq şəkildə göstərməyə başladığını söyləyib:

"Dünyada baş verən proseslər qlobal gərginliyin artdığını nümayiş etdirir. Bu gərginlik xüsusilə Yaxın Şərqdə, Avropada və digər bölgələrdə daha sərt şəkildə özünü büruzə verir. Fələstin-İsrail münaqişəsi, Rusiya-Ukrayna müharibəsi, eləcə də digər regional qarşıdurmalarla yanaşı, böyük güc mərkəzlərinin eyni məkanda birləşməsi əlavə problemlər yaradır. Hazırkı dövr həm region, həm də dünya üçün çox ciddi təhdidlərlə xarakterizə olunur. 15-20 il əvvəllə müqayisədə bu cür münaqişələr nəticəsində ölüm riski 50%-dən çox artıb. Bu da onu göstərir ki, qarşı-qarşıya olduğumuz vəziyyət son dərəcə çətin və gərgindir. Belə bir şəraitdə hər bir ölkə həm öz regionunun, həm də dövlət sərhədlərinin və əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə konkret və qətiyyətli addımlar atmağa məcburdur. Azərbaycan bu gün Cənubi Qafqazda söz sahibi olan lider ölkələrdən biridir. Qafqaz regionu üçün də çoxsaylı təhdidlər mövcuddur və bu təhdidlər zaman-zaman dəyişsə də, heç vaxt tamamilə aradan qalxmır. Buna görə də biz daim ayıq olmalı, siyasi və hərbi baxımdan çevik və adekvat qərarlar qəbul etməliyik. Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir. Bu görüş ilk növbədə tərəflər arasında dostluq, müttəfiqlik və səmimi münasibətlərin göstəricisidir. Eyni zamanda, Azərbaycan və Gürcüstanın Cənubi Qafqaz ölkələri olaraq bu formatda iştirakı regionun təhlükəsizliyi, rifahı və sabitliyi baxımından son dərəcə önəmlidir. Rusiyadan Gürcüstan və Azərbaycan istiqamətində bəzi planların mövcudluğu, Azərbaycana qarşı səsləndirilən təhdid və şantaj xarakterli çağırışlar, eyni zamanda Gürcüstana yönələn təzyiqlər, bölgədə yeni hərbi-siyasi reallıqların formalaşmasına zəmin yaradır. Bu dəyişikliklər mövcud koordinatların yenidən müəyyənləşdirilməsini zəruri edir".
Hərbi ekspert qeyd olunan üçtərəfli görüşün heç bir ölkəyə, xüsusilə də regionda yerləşən Ermənistan, Rusiya və İran kimi dövlətlərə qarşı yönəlmədiyini və təhdid xarakteri daşımadığını bildirib:
"Bu cür görüşlər Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və sülhün təmin olunmasına xidmət edir.
Görüşdən gözləntilərim böyükdür. Daha əvvəl də Türk Dövlətləri Təşkilatının rəhbərləri Azərbaycanda görüş keçirdilər. Həmin görüşə də əsassız yanaşmalar, qərəzli şərhlər və qarayaxmalar həyata keçirildi. Belə münasibətlər qəbuledilməzdir. Bir tərəfdən bizə təzyiq göstərmək, digər tərəfdən isə sülh prosesinə mane olmaq siyasəti davam etdirilir.
Bu cür formatda keçirilən görüşlər regionun rifahına, təhlükəsizliyinə və dayanıqlı sülhün bərqərar olunmasına töhfə verir. Arzu edərdim ki, belə toplantılar tez-tez keçirilsin və davamlı əməkdaşlıq formatına çevrilsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
13:03 29.01.2026
Hadisə