NATO qırıcıları Estoniya səmasında təlimlərə başladı

NATO qırıcıları Estoniya üzərində yenidən təlim uçuşları həyata keçirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya Milli Televiziyası məlumat yayıb.

Bu, NATO hərbi təyyarələrinin üçüncü təlimidir.

“Noyabrın 24-dən 30-dək müttəfiqlərin qırıcı təyyarələri Estoniyanın hava məkanında bir sıra təlim uçuşları həyata keçirəcək”, - məlumatda deyilir.