Parlamentari: Antiazərbaycan dairələrinin və milli dönüklərin pozuculuq fəaliyyəti heç bir nəticə verməyəcək
13:09 15.04.2024
Siyasət
661
İran günlərdir anonsunu verdiyi “Qisas” əməliyyatını keçirdi. Tehran 13 aprel gecə saatlarından etibarən dronlarla İsrail ərazisinə hücum etdi. PUA hücumu üç dalğa halında bir neçə saat davam etdi.
Rusiya isə regionda yaranmış vəziyyətdən istifadə edərək Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır.
Göründüyü kimi, Azərbaycanın şimal və cənubunda münaqişələr alovlanıb. Hazırda cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycanın sərgiləyəcəyi mövqe hər kəsə maraqlıdır. Azərbaycan belə bir gərgin şəraitdə milli birlik və həmrəylik nümayiş etdirmək üçün hansı adımları atmalıdır? Dövlət maraqlarımızı hər şeydən üstün tutmaq üçün nələr etməliyik?
Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, hazırki dünya çox təhlükəlidir:
“Məşhur bir deyim mövcuddur ki, "təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir". Bu günkü dünyamız Allahın ümüdünə qalıb. Çünki heç bir beynəlxalq hüquqi sənəd işləmir. Belə olan halda isə qlobal xaos başlayır. Burada isə Albert Eynşteynin məşhur ifadəsi yada düşür. O bildirib ki, "beynəlxalq qanunlar yalnız beynəlxalq qanunlar məcəlləsində mövcuddur". Hazırda eyni reallıqla üz-üzə qalmışıq. Bizim bölgəmiz çox mürəkkəb əraziyə çevrilib. Cənub və Şimalımızda qanlı münaqişələr alovlanıb. Rusiya-Ukrayna müharibəsi və İran-İsrail münasibətləri bölgədəki vəziyyəti qəlizləşdirir”.
Deputat qeyd edib ki, indiki vəziyyətdə qonşuluqdakı “evlərin yanmasına” biganə yanaşmaq olmaz:
“Çünki külək həmin yanğının alovunu bizə tərəf gətirə bilər. Ona görə də belə həssas məqamdə milli birlik və həmrəylik məsələləri əvvəlkindən daha böyük aktuallıq kəsb etməlidir. Azərbaycanda vətəndaş həmrəyliyi hökm sürdüyü üçün böyük dövlətdir. Biz vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər uzun yol keçmiş millətik. Eyni zamanda, güclü liderimiz və onun ətrafında birləşən güclü xalqımız var”.
E. Nəsirov vurğulayıb ki, regionda toqquşmaların getdiyi bir zamanda müxalifətin radikal kəsmi fürsətdən istifadə etməyə çalışır:
"Həmin siyasi qruplaşmalar aprelin 21-də mitinqlər keçirməklə Azərbaycanda qarşıdurma mühiti formalaşdırmağa cəhd göstərirlər. Amma onlar, Azərbaycanın güclü dövlət olduğunu unudurlar. Xalqımızın əsas hədəfi birlik və həmrəyliyi göz bəbəyi kimi qorumaqdır. Sapı özümüzdən olan baltalar- Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura kimi milli dönüklərin Azərbaycanda qarşıdurma yaratmaqla bağlı xülyalarının reallaşma əmsalı sıfıra bərabərdir. Cəmiyyətimizin bütün təbəqələri dövlətin və Prezidentin ətrafında həmrəylik nümayiş etdirməlidir. Onsuz da Azərbaycan xalqı Prezident İlham Əliyevə olan sevgisini Prezident seçkilərində bir daha göstərdi. Xarici antiazərbaycan dairələrinin və daxildəki milli dönüklərin pozuculuq fəaliyyəti heç bir nəticə verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm