
Paşinyan Rusiyaya suallarla getdi, suallarla da qayıdacaq -Politoloq
Yusif Nəzərli
23:07 23.07.2025
Region
587
Rusiya ilə Ermənistan arasında müzakirə olunacaq xeyli məsələ var
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına gedəcək. Səfər çərçivəsində onun Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır. N.Paşinyanın iyulun 25-də də Altayda qalacağı və ekologiya məsələlərinə həsr olunmuş sammitdə iştirak edəcəyi istisna edilmir. Qeyd edək ki, Nikol Paşinyanın səfəri Ermənistan-Rusiya münasibətlərinin müəyyən qədər gərgin olduğu dövrə təsadüf edir. Bəllidir ki, Ermənistan hökuməti xarici siyasət kursunda müəyyən dəyişikliklər edərək Qərblə münasibətləri gücləndirməyə çalışır. Bu isə təbii olaraq müttəfiqi Moskvanı hiddətləndirir. Buna baxmayaraq, Rusiya Ermənistanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olaraq qalır. Enerji təhlükəsizliyi baxımından İrəvan hələ də Moskvadan asılı vəziyyətdədir. Görünür, ekoloji sammitdə iştirakla Paşinyan Ermənistanın regional təşəbbüslərdə iştirak etmək niyyətində olduğunu nümayiş etdirməyə çalışır.
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan-Rusiya münasibətləri kifayət qədər mürəkkəb və dinamikdir. Ekspertin sözlərinə görə, Ermənistanla Rusiya çoxtərəfli əməkdaşlıq istiqamətlərinə malikdir:

"İki ölkə arasında təhlükəsizlik, ticarət, xarici siyasət, o cümlədən logistika və digər istiqamətlərdə əlaqələr və münasibətlər formalaşıb. Son dövrlərdə Ermənistan Rusiya ilə münasibətlərdə praqmatik addımlar atmağa çalışır. Qərblə xarici siyasət istiqamətində münasibətləri gücləndirir. Avropa İttifaqına üzvlüklə bağlı parlamentdə qərar müzakirəyə çıxarılır. ABŞ ilə tərəfdaşlıq memorandumu imzalanır. Rusiyanın himayəsində olan KTMT-dən çıxacağını bəyan bəyan edir, faktiki olaraq qurumdakı fəaliyyətini dondurur. O cümlədən, İran-Ermənistan sərhədindən, Zvarnots hava limanından rus sərhədçilərini çıxarır. Ancaq bunların fonunda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi rekord həcmədək yüksəlir, iqtisadi sferada münasibətlər dərinləşir. Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına yardım edən əsas ölkələrdən biridir".
Analitik vurğulayıb ki, tərəflər arasında münasibətlərə baxdıqda, ziddiyyətlərlə yanaşı, müəyyən dinamikanın olduğunu da görürük:
"Xüsusən, Paşinyanın may ayında Moskvaya səfəri, paradda iştirakı, ardınca XİN başçısı Sergey Lavrovun və V.Matviyenkonun İrəvana səfərləri, orada səslənən bəyanatlar göstərir ki, tərəflər arasında bir çox ziddiyyətlərə baxmayaraq, dialoq davam etməkdədir. Paşinyan ABŞ-də administrasiya dəyişikliyindən və Avropa İttifaqının diqqətinin daha çox öz təhlükəsizliyinə, Ukrayna məsələsinə qarışdığından müəyyən qədər Rusiya ilə balanslı siyasət aparmağa çalışır. Paşinyan mətbuat konfransında buna işarə də verdi. Rusiya media məkanında Ermənistana qarşı aparılan təbliğat, xüsusən hakimiyyət komandasına, Paşinyanın şəxsinə yönəlik bəyanatlar, tənqidlə Ermənistanda da ciddi narahatlığa səbəb olur. Tərəflərin maraqlarının toqquşduğu əsas məsələdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan dəhlizdə nəzarətin Rusiyaya verilməsinin əleyhinədir. Ona görə də müxtəlif bəhanələrlə bu məsələni uzadır. Hazırda daha çox ehtimal olunan və müzakirə edilən variant ABŞ-nin hansısa şirkətini yola nəzarət mexanizmini həyata keçirməsi ilə bağlıdır. Yəni Rusiya ilə Ermənistan arasında müzakirə olunacaq xeyli məsələ var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual