Aftandil Hacıyev: "Belə məğlubiyyətlər gözləniləndir"
18:00 18.09.2021
İdman
364
"Danışılası çox şey yoxdur. "Qəbələ" meydanda bütün komponentlərdə bizi üstələdi. Hesab da oyunu əks etdirir. Hər tur olduqca ağır keçir. Futbolçuları oyunlara hazırlamaq olduqca çətindir".
"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ"yə 0:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşı mütəxəssis bu gün istəmədikəri məğlubiyyətlə üzləşdiklərini bildirib: "Çempionatda belə məğlubiyyətlər olacaq. Bizim üçün belə məğlubiyyətlər gözləniləndir. Stabil oynamağımız üçün bir çox amil çatışmır. Rəqiblərdən geri qalsaq da, bəhanə gətirmək istəmirəm. "Qəbələ" bizi tam üstələdi və layiqli qələbə qazandı. Biz isə növbəti görüşü düşünməliyik. Oyunçularımızın bir çoxu Premyer Liqada oynadığını dərk etməlidir. Bu, hər oyunçu üçün ciddi sınaqdır. Ancaq bu sınaqdan üzüağ çıxmaq lazımdır, bu gün bunu bacarmadılar".
Hacıyev məğlubiyyətin səbəbləri haqqında bunları diqqətə çatdırıb: "Bir az bəhanə kimi çıxmasın, səbəbləri biz oyun gedə-gedə və oyundan əvvəl hiss edirdik. Həftəiçi normal məşq edə bilməmişdik. Rahid Əmirquliyev və Camal Araqonun xidmətindən yararlana bilmədik. Süni otda oynayandan sonra futbolçular çoxlu güc sərf edirlər. Rəqiblərimiz də oynayır. Amma bizdə oyunçuları bərpa etmək üçün işi bu yöndə kifayət qədər inkişaf etdirməyə ehtiyac var. Bunlar bəhanə deyil. Bu gün gümrah və əvvəlki turlardakı kimi istəkli "Səbail"i mən də görə bilmədim. Çalışacağıq ki, əsas oyunçularımızı tez bərpa edək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual