Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i darmadağın edib
16:10 18.09.2021
İdman
431
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
"Report"un məlumatına görə, turun açılış matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Səbai"i qəbul edib. Qarşılaşma əyayət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.
85-ci dəqiqədə "Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. 90+1-ci dəqiqədə Rafael Utriq topu rəqib paytaxt klubunun qapısından keçirib. 90+4-ci dəqiqədə isə İsnik Alimi matçda son nöqtəni qoyub.
Qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Qəbələ" birinci pilləyə yüksəlib. "Səbail" isə hələlik 6 xalla üçüncüdür.
Qeyd edək ki, günün digər oyununda "Zirə" "Sabah"ı qəbul edəcək. Sentyabrın 19-da "Neftçi" "Keşlə" ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual