“İrəvan" futbol klubunun yaradılması təklif olunur
“İrəvan" futbol klubunun yaradılması təklif olunur
Yusif Nəzərli
09:00 12.06.2023
İdman
514
“İrəvan" futbol klubu yaradılmalı və "Qarabağ" futbol klubu kimi dünyaya səs salmalıdır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
Onun sözlərinə görə, maddi əsaslar olmadıqca Qərbi Azərbaycan həqiqətləri ilə bağlı layihələrin həyata keçirilməsi mümkün olmayacaq: “Biz kitablar yaza, bədii reportajlar edə, filmlər çəkə bilərik. Lakin konkret olaraq qərar verməliyik ki, daxildə, xaricdə və beynəlxalq təşkilatlarda hansı işlər görməliyik. Düşünürəm ki, “Coğrafiya” və “Tarix” dərsliklərimiz dəyişdirilməli və Qərbi Azərbaycanla bağlı məlumatlar yeni nəşr olunan kitablarda öz əksini tapmalıdır. Bəlkə bu nəslin həmin torpaqlara dönməyə ömrü yetmədi? Ona görə də yeni nəsil bu məsələlərdən xəbərdar olmalı və ideoloji olaraq Qərbi Azərbaycana qayıdışa hazırlıqlı olmalıdır”.
M.Qasımlı bildirib ki, “İrəvan” futbol klubu yaradılmalı və “Qarabağ” futbol klubu kimi dünyaya səs salmalıdır: “Bu, tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağın ən yaxşı üsullarından biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya