Nazir cüdo federasiyasının fəaliyyəti ilə tanış olub
15:46 15.09.2021
İdman
365
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti və Bakı Olimpiya Stadionu ilə tanış olub.
Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident, Olimpiya çempionu Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Daha sonra F.Qayıbov Bakı Olimpiya Stadionuna baxış keçirib. Stadionun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə onu məlumatlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol