ADY: Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işlərinin 68%-i tamamlanıb

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb.

Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, “Böyük Qayıdış”ı və onun daha böyük regional təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur.

Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti “dəmir köprü” olacaq.