8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
Sherg.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.
“28 May-Əhmədli” sahəsində gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.
Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov-Əhmədli” və “Cəfər Cabbarlı-Xətai” mənzillərində intervallar olduğu kimi saxlanılacaq.
“Bakmil” istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər.