Mingəçevir Sənaye Parkının qazlaşdırılması işləri həyata keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi bununla bağlı hazırlıq işlərinə başlayıb.
Qazlaşdırılma işlərinə sərf ediləcək vəsaitin 1,4 milyon manat olacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, Mingəçevir Sənaye Parkı Mingəçevir şəhəri, 3-cü Samux döngəsi 11 ünvanında yerləşir.