Naxçıvandan daxili və xarici istiqamətlərdə uçuşlar dayandırılıb

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Beynəlxalq Hava Limanından "APA-Economics"ə verilən məlumata görə, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.