WUF13-lə bağlı yaradılacaq "yaşıl zolaqlar”a daxil olmaq qayda pozuntusu hesab olunacaq.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
O qeyd edib ki, yeni tətbiq olunan "yaşıl zolaq" adlanan avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunacaq:
“Bu qayda pozuntusu hesab olunur və buna görə müvafiq tədbirlər görüləcək".