
İqtisadçı: Ucuzlaşmanı gözləmək doğru olmaz
12:04 06.10.2025
İqtisadiyyat
539
Qlobal səviyyədə azalma bizdə məhsul qiymətlərinin aşağı düşəcəyi ehtimalını artırmır
Eldəniz Əmirov: Hazırda qiymətlərin ucuzlaşması yox, artmanın nisbətən dayanması mərhələsindəyik
Bu ilin sentyabr ayında ərzaq məhsullarının qlobal qiymət indeksi 128,8 bənd təşkil edib. Bu, ət və bitki yağlarının beynəlxalq qiymətlərinin artmasına baxmayaraq, avqust ayı ilə müqayisədə 0,6 faiz azdır.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir.
Taxıl, süd məhsulları, şəkər və bitki yağlarının qiymət indekslərinin aşağı düşməsi ətin bahalaşmasından yarana biləcək təzyiqi yumşaldıb.
Bununla belə qiymətlər indeksi 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 3,4 faiz yüksək olub.
İqtisadçı Eldəniz Əmirov Sherg.az-a deyib ki, əslində, bu göstəricilər qiymətlərin ucuzlaşması demək deyil:

"Fanon indeksi 2014–2016-cı illərin orta səviyyəsini 100 bənd kimi götürür. Yəni bugünkü 128 bənd həmin dövrə nisbətən ərzağın hələ də 29 faiz bahalaşdığını göstərir. Sadəcə, avqusta nisbətən 0,6 faizlik geriləmə var ki, bu da çox cüzi bir azalmadır. Buna görə də bu, qiymət artım tempinin zəifləməsidir, yəni ciddi bir azalma deyil. Belə azalmalar adətən davamlı olmur. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Çünki bizim bazarlarda qiymətlər təkcə dünya qiymətlərindən asılı deyil. Düzdür, idxalın da rolu var, amma eyni zamanda daxili istehsal, daşınma xərcləri, məzənnə, idxal asılılığı və digər amillər də təsir göstərir. Buna görə də qlobal səviyyədə 0,6 faizlik azalma bizdə məhsul qiymətlərinin aşağı düşəcəyi ehtimalını artırmır. Biz hazırda qiymətlərin ucuzlaşması yox, artmanın nisbətən dayanması mərhələsindəyik. Ucuzlaşmanı gözləmək doğru olmazdı".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya