Yol polisi sürücülərə müraciət edib
Yusif Nəzərli
12:44 30.04.2022
Gündəm
753
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
"Report" xəbər verir ki, müraciətdə deyilir:
"DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə həmvətənlərimizi dərin səmimiyyət hissi ilə təbrik edir, hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzulayır!
Bununla yanaşı, həftə sonu və bayram günləri ilə əlaqədar qeyri-iş günlərinin ardıcıllığı ölkə əhalisinin paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkətində artım olacağını proqnozlaşdırmağa imkan verdiyi üçün səfərə hazırlaşan sürücü və sərnişinlərin diqqətinə bəzi tövsiyələri çatdırmağı vacib hesab edirik.
Yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün səfərə hazırlaşan sürücülər ilk növbədə nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər. Unutmaq olmaz ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir.
Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükün arxasına əyləşməkdən çəkinin. Əks təqdirdə siz özünüzü və digər hərəkət iştirakçılarını təhlükə qarşısında qoymuş olursunuz. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirməyi, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinməyi, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamağı və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamağı tövsiyə edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib
08:57 17.11.2026
Dünya
“Heç kim bilmirdi ki, toyumuza gəlirlər”
08:20 17.11.2026
Şou
"iPhone"nin yan düyməsini səkkiz əmri açan köməkçiyə çevirin
07:51 17.11.2026
Texnologiya
Toxluq hissi yaratmadan orqanizmi məhv edən nələrdir?
07:17 17.11.2026
Sağlamlıq
Luiş Fiqu FİFA prezidentliyinə namizədlərdən biri ola bilər
06:06 17.11.2026
Futbol
Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
04:50 17.11.2026
Aktual
İsrail hərbçiləri Livanda “Hizbullah”ın iki üzvünü saxlayıb
03:45 17.11.2026
Dünya
ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
02:58 17.11.2026
Texnologiya
Ziddiyyət var, Tramp Baydenin sanksiyalarını uzadır - Lavrov
02:22 17.11.2026
Aktual
İsrail Qəzzada HAMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
01:32 17.11.2026
Gündəm
Bu gün Milli Dirçəliş Günüdür
00:12 17.11.2026
Siyasət
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
23:20 16.11.2026
Sosial
Avropa-Rusiya münasibətlərində sülh dövrü artıq başa çatır - ŞƏRH
23:04 16.11.2026
Gündəm
Hər kəsin qəlbinə yol tapan bir dünya
22:44 16.11.2026
Cəmiyyət