Yalçın Adıgözəlov Dövlət Simfonik Orkestrinin bədii rəhbər - baş dirijoru təyin olunub
09:27 28.12.2023
Mədəniyyət
902
Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib.
Qeyd edək ki, Yalçın Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) piano ixtisası üzrə (professor R.Atakişiyevin sinfi) bitirib. 1984–1989-cu illərdə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Konservatoriyasında professor İlya Musinin sinfində opera və simfonik orkestr dirijorluğu ixtisası üzrə təhsil alıb. 1990-1992 illərdə Vyana Musiqi Akademiyasınln aspiranturasın bitirib, 1989-cu ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991 – 1998-ci illərdə bədii rəhbər və baş dirijoru vəzifəsində çalışıb. 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Dirijorluq kafedrasının professorudur.
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007 -ci ildə “Əməkdar incəsənət xadimi” , 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya