Mask evdən işləyir -Ağ Ev

ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask demək olar ki, distant işləməyə keçib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat verib.
"Biz telefonla danışırıq, təsiri eynidir. Sadəcə, o, əvvəllər olduğu qədər fiziki olaraq burada olmur", - Ağ Evin əməkdaşlarla iş üzrə aparatın rəhbəri Syuzan Uayls nəşrə açıqlamasında deyib.