Ötən il üzrə valyuta hərraclarında təklif tələbi üstləyib.
“APA-Economics” xəbər verir ki, bunu bu gün uçot dərəcəsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, bir hərraca təklif 70 milyon dollar olduğu halda tələb 54 milyon dollar olub. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə enib və 18 milyon dollar təşkil edib.
Hətta Neft Fondunun transferlərinin bir hissəsi dollar şəklində Maliyyə Nazirliyinə təklif edilib. Bu vəsaitləri də növbəti aylarda tələb yarandığı halda satmağa hazırıq.
AMB sədri əlavə edib ki, hazırki şəraitdə diqqət daha çox ehtiyatların balans dəyişməsinə diqqət yetirir.