Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təstiq edib

Avropa Komissiyası SOCAR-ın İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82% səhmlərinin “API Holding”dən alınması təstiqləyib.

Bu barərə “APA-Economics” Avropa Komissiyasına istinadən xəbər verir.

Qeyd olunur ki, sövdələşmə əsasən xam neftin və emal olunmuş yanacaq məhsullarının tədarükü ilə bağlıdır.

“Təqdim edilmiş əməliyyat rəqabət mühitinə dair hər hansı narahatlıq doğurmur, çünki nəzərdə tutulan sövdələşmə nəticəsində şirkətlərin bazardakı mövqeləri məhdud olaraq qalır. Bildirilmiş əməliyyat sadələşdirilmiş birləşmə araşdırması proseduru çərçivəsində nəzərdən keçirilib”, - məlumatda bildirilib.

Emil

Emil İsmayılov

SOCAR

Italiana Petroli