Azərbaycan 2.5 milyard dollar xaricə investisiya yatırıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların həcmi 6,5 milyard dollar olub.