Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb

2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur.

Sherg.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il üzrə büdcə göstəricilərində qeyd olunub.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1 % çoxdur.