2025-ci ilin noyabr ayında Azərbaycan fasilədən sonra İspaniyaya neft və neft məhsullarının ixracını bərpa edib. Bu istiqamətdə əvvəlki tədarük 2024-cü ilin dekabr ayında qeydə alınmışdı.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayında Azərbaycandan İspaniyaya 38,585 milyon ABŞ dollarından çox dəyərdə 82,576 mindən çox bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar–noyabr aylarında bu istiqamət üzrə tədarükün həcmi təxminən 250,396 min ton, dəyəri isə 143 milyon ABŞ dolları təşkil edib.
Keçən ilin dekabr ayında göstəricilər həmin ilin noyabr ayı ilə müqayisədə dəyişməyib.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.