Azərbaycan neftinin qiyməti 71 dolları ötdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Teleqraf xəbər verir ki, neftin 1 barelinin qiyməti 0.51 ABŞ dolları və ya 0.72% artaraq 71.21 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.