Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 milyard 816 milyon ədəd siqaret istehsal olunub.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.
Aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 15 milyon ədəd təşkil edib.
Bundan əlavə, I rübdə 503,3 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7,4% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana, ümumilikdə, 323 min ABŞ dolları dəyərində 15,5 milyon ədəd siqaret idxal edilib. Hesabat dövründə Azərbaycandan 6 milyon 4,58 min ABŞ dolları dəyərində 374,8 milyon ədəd siqaret isə ixrac olunub.