Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alındı
14:47 06.10.2025
İqtisadiyyat
539
AZCON Holding-in tərkibinə daxil olan “Azərbaycan Dəmir Yolları” QSC-nin struktur bölməsi olan Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə 2025-ci ilin ilk 9 ayı ərzində 6 milyon 108 min ton yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artım deməkdir və son 22 il ərzində əldə olunan ən yüksək nəticədir.
QSC-dən Sherg.az-a verilən məlumata görə, hesabat dövründə ən böyük artım konteyner aşırılmasında qeydə alınıb.
Belə ki, bu ilin 9 ayı ərzində 77 295 TEU konteyner aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 40,4% artım deməkdir. Bununla yanaşı, quru yüklərin aşırılmasında 36,7%, təkərli texnikaların aşırılmasında isə 1,3% artım müşahidə olunub.
Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarındakı rolunun möhkəmlənməsi, tərəfdaşlarla həyata keçirilən effektiv əməkdaşlıq və yeni logistik təşəbbüslər sayəsində bu pozitiv dinamikanın davam edəcəyi və ilin sonuna göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya