Bakıda ötən il əməkhaqqı 9%-ə yaxın artıb

2025-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrünə nisbətən bu göstərici 8,6% artıb.