Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 71 min ABŞ dollarından aşağı düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Binance” məlumat yayıb.
Bildirilib ki, bitkoin 7.35% ucuzlaşaraq, 70.719 ABŞ dolları təşkil edib.
***
Bitkoin 6 noyabr 2024-cü ildən bəri ilk dəfə 70 min dollardan aşağı düşüb.
Bu barədə “Binance” portalının müvafiq göstəricilərində qeyd olunub.
Son məlumata görə, kriptovalyutanın qiyməti 7,68 faiz ucuzlaşaraq 67 min 412 dollara qədər enib.