Noyabrda taxılın qiymət indeksi əvvəlki ayla müqayisədə 1,9 faiz artaraq orta hesabla 105,5 bənd təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesbatında qeyd olunub.
Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 5,9 bal (5,3 faiz) aşağıdır.
Buğda, qarğıdalı və arpanın qiymətlərində müəyyən artım müşahidə olunub.
Bundan əlavə, FAO-nun düyünün qiymət indeksi məhsul yığımının başa çatması və zəif idxal tələbi tələbi fonunda 1,5 faiz azalıb.