“Brent” neftinin qiyməti 95 dollara endi - YENİLƏNDİ

Londonun ICE birjasında "Brent" markalı neftin may üzrə fyuçerslərinin qiyməti 4%-dən çox ucuzlaşıb.

Teleqraf xəbər verir ki, sözügedən neftin qiyməti bir barel üçün 95,60 ABŞ dollarına düşüb.

WTI xam neftinin fyuçerslərinin qiyməti isə 4.58% azalaraq barel üçün 88.12 dollara düşüb.

*** 08:56

Londonun ICE birjasında mayda çatdırılmaq şərtilə “Brent” markalı xam neftin fyuçersləri 99.22 dollara enib.

Teleqraf xəbər verir ki, Brent markalı neftin qiyməti 5.04% azalıb.

2026-cı ilin may ayında çatdırılma şərtilə WTI xam neftinin fyuçerslərinin qiyməti 4.21% azalaraq barel üçün 88.46 dollara düşüb.