Dollar ucuzlaşır: Ekspert avtomobil qiymətləri ilə bağlı açıqlama verib

Dollar məzənnəsindəki dəyişikliklər avtomobil qiymətlərinə dərhal deyil, müəyyən gecikmə ilə təsir göstərir və qiymətlərin ani ucuzlaşmasına səbəb olmur.

Sherg.az xəbər verir ki, bu barədə Likvi.com layihəsinin rəhbəri Aleksandr Korotkov bildirib. O qeyd edib ki, bazar idxal olunan ehtiyat hissələrindən, valyuta müqavilələrindən, logistika və dilerlərin daxili xərclərindən asılıdır.

Ekspert alıcılara yalnız dolların məzənnəsinə deyil, konkret modellər üzrə qiymət dəyişikliklərini izləməyi, diler təkliflərini müqayisə etməyi və istehsalın lokallaşma səviyyəsini nəzərə almağı tövsiyə edib.

Onun sözlərinə görə, valyutanın ucuzlaşması avtomobillərin tez bir zamanda ucuzlaşacağına işarə deyil, daha çox alış zamanı diqqətli və strateji yanaşma üçün əsasdır.