Dünya Bankı bu bölgələr üçün iqtisadi artım proqnozunu yüksəldib
15:50 07.10.2025
İqtisadiyyat
571
Dünya Bankı 2025 və 2026-cı illər üçün Yaxın Şərq və Şimali Afrika regionunun iqtisadi artım proqnozlarını yüksəldib.
AZƏRTAC xəbər verir ki, bankın gözləntilərinə görə, Yaxın Şərq və Şimali Afrika regionlarında inkişaf göstəriciləri 2025-ci ildə 2.8 faiz, 2026-cı ildə isə 3.4 faiz olacaq. İyun ayında bu göstəricilər 2.7 və 3.3 faiz proqnozlaşdırılmışdı. Bankın 2024-cü il üçün hesabatlarında ötən il 2.3 faiz artım nəzərdə tutulurdu. Bu dəyişiklik ticarət fəaliyyətinin artmasının, gömrük rüsumlarında gözləniləndən daha az artımların və maliyyə şəraitinin daha əlverişli olmasının nəticəsidir.
Dünya Bankının Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üçün “Əmək və qadınlar: istifadə edilməyən istedadlar və əldə olunmayan inkişaf” başlıqlı son hesabatı iqtisadi perspektivlərdə yaxşılaşma olduğunu göstərir. Bununla yanaşı, hesabatda bu ehtiyatlı optimizmə baxmayaraq, dünya üzrə ticarət dəyişiklikləri, münaqişələr və məcburi miqrasiya səbəbi ilə qeyri-müəyyənliyin davam etdiyi vurğulanır.
Hesabatda bildirilir ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrində iqtisadi fəaliyyət neft istehsalının könüllü və mərhələli şəkildə azaldılmasından və qeyri-neft sektorunun inkişafından faydalanacaq. 2025-ci ildə bu ölkələrdə iqtisadi artımın 3.5 faiz olacağı gözlənilir. Müqayisə üçün demək olar ki, 2024-cü ildə bu rəqəm 2.2 faiz proqnozlaşdırılmışdı.
Neft idxal edən inkişaf etməkdə olan ölkələrdə isə iqtisadi artımın 2.2 faizdən 3.7 faizə yüksəlməsi gözlənilir. Bu, şəxsi istehlakın və investisiya fəaliyyətinin güclənməsi, kənd təsərrüfatı və turizm sektorlarının yenidən dirçəlməsi, eləcə də iqtisadi islahatlar və xarici yardım ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya