Dünya bazarında quş ətinin qiyməti artıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) görə, Ət Qiymətləri İndeksi yanvarda orta hesabla 123,8 bal təşkil edib. Bu da dekabr ilə müqayisədə 0,5 bal (0,4 faiz) azdır, lakin ötən ilki səviyyədən 7,1 bal (6,1 faiz) yüksəkdir.

Teleqraf təşkilata istinadən xəbər verir ki, bu tendensiya əsasən qlobal miqyasda donuz ətinin qiymətinin azalması ilə izah olunur. Mal və quzu ətlərinin qiymətləri isə sabit qalıb. Dünya bazarında quş ətinin qiyməti artıb.

Hesabata əsasən, donuz ətinin qiyməti əsasən, qlobal tələbatın və yüksək təklifin zəifləməsi fonunda Avropa Birliyində qiymətlərin aşağı düşməsi, o cümlədən Yeni İl tətili zamanı kəsimxanaların bağlanması nəticəsində azalıb.

Aşağı təklifə baxmayaraq, mövsümi tələbatın zəifləməsi səbəbindən quzu ətinin qiyməti ümumilikdə sabit qalıb.