
Ekspert: Azərbaycanda qiymət artımının əsas səbəbi idxaldan asılılıqdır
11:25 22.10.2025
İqtisadiyyat
574
İnflyasiya təkcə daxili iqtisadi amillərlə deyil, qlobal qiymət dəyişiklikləri nəticəsində də formalaşır
2025-ci il üzrə inflyasiya 75% təklif amillərindən asılı olacaq. 2026-cı il üzrə isə bu göstərici 80% ətrafındadır.
Bu barədə Mərkəzi Bankın Baş Direktoru Vüqar Əhmədov mətbuat konfransı zamanı deyib:
"Oktyabr proqnozu göstərir ki, 2025-ci ilin sonuna kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin inflyasiyaya artırıcı təsiri 3.64 faiz bəndidir. Ticarət tərəfdaşlarındakı inflyasiya göstəricisinin tövhəsi isə 2.8 faiz bəndi artırıcıdır. Ev təsərrüfatlarının istehlakının artırıcı göstəricisi 1.57 faiz bəndidir. Nominal effektiv məzənnənin azaldıcı təsiri isə 0.34 faiz bəndidir.
Sərnişindaşıma və ya digər tariflərlə bağlı isə 0.14 faiz bəndi artırıcı təsir var. Dövlət istehlakı isə bir qədər azaldıcı təsir göstərir. Ümumilikdə tələb amilləri 25%, təklif amilləri isə 75%-dir. Bunların içimdə isə xarici amillərin xalis təsiri isə 2.46 faiz bəndi artırıcıdır".
O qeyd edib ki, 2026-cı il üzrə illik inflyasiya 5.7% dərəcəsində proqnozlaşdırılıb:
"Burada kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin artırıcı təsiri 3.16 faiz bəndidir. Ticarət tərəfdaşlarındakı göstəricisinin tövhəsi 2 faiz bəndidir. Ev təsərrüfatlarının istehlakının artırıcı göstəricisi 1.11 faiz bəndidir. Nominal effektiv məzənnənin azaldıcı təsiri 2.16 faiz bəndidir. Dövlət istehlakı isə 0.11 faiz bəndi artırıcı təsir göstərir. Ümumilikdə tələb amilləri 20%, təklif amilləri isə 80%-dir. Xarici amillərin xalis təsiri isə 0.16 faiz bəndi azaldıcıdır".
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sherg.az-a deyib ki, Azərbaycandakı qiymətlər inflyasiya ilə birbaşa əlaqəlidir:

"Çünki Azərbaycanda, ümumiyyətlə, malların çoxu xaricdən gətirilir. Buna görə də qiymətlər əsasən daxildə deyil, xarici bazarda formalaşır. Xaricdə hansı məhsulun qiyməti qalxırsa, onun təsiri avtomatik olaraq daxili bazara keçir və nəticədə inflyasiya artır. Yəni, Azərbaycanda qiymət artımının əsas səbəbi idxaldan asılılıqdır. Xarici bazarlarda baş verən dəyişikliklər-istər ərzaq, istər yanacaq, istərsə də gündəlik tələbat mallarında yerli qiymətlərə birbaşa təsir göstərir. Məsələn, xaricdə məhsulların maya dəyəri və daşınma xərcləri yüksəlməsi ölkə daxilində satış qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Bu baxımdan, Azərbaycanda inflyasiya təkcə daxili iqtisadi amillərlə deyil, həm də qlobal qiymət dəyişiklikləri və valyuta məzənnəsindəki oynama kimi xarici təsirlər nəticəsində formalaşır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya