Hesablama Palatası: Bitkiçilikdə subsidiya mexanizmləri effektiv işləmir
12:17 06.11.2025
İqtisadiyyat
582
Hesablama Palatası bitkiçilikdə subsidiya mexanizmlərində nöqsanlar aşkarlayıb.
Sherg.az bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, HP-nin bununla bağlı apardığı auditin nəticələrinə əsasən, subsidiyalaşdırmanın maliyyələşdirilməsi prosesində ünvanlılıq problemləri qalmaqdadır. Həmçinin dövlət dəstəyinin həcmini və fermerlərin məhsuldarlığını izləmək üçün vahid elektron sistem tam formalaşmayıb.
Qeyd olunur ki, əkin və məhsul subsidiyalarının, eləcə də kənd təsərrüfatı texnikalarına güzəştlərin səmərəlilik göstəriciləri müəyyən edilməyib. Dövlət dəstəyi alan fermerlər üçün məhsul həcmi, məhsuldarlıq, yeni iş yerlərinin yaradılması və xərclərin azaldılması kimi konkret tələblər də müəyyən olunmayıb.
Palata həmçinin əlavə edib ki, növbəti ildə funksional təsnifatın “Kənd təsərrüfatı” bölməsinə yönəldiləcək subsidiyaların ümumi məbləği cari ilin gözlənilən icrası ilə müqayisədə 33,8 milyon manat azalsa da, bu sahə yenə də ən yüksək paya — 50 faizə malik olacaq. 2026-cı il üçün kənd təsərrüfatına ayrılacaq subsidiya məbləği 535,7 milyon manat həcmində proqnozlaşdırılıb. Başqa sözlə, bitkiçilikdə idarəetmə mexanizmləri səmərəsiz olsa da, dövlət subsidiyaları həcminə görə ən böyük sahə olaraq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi