Maliyyə naziri: İcbari tibbi sığorta haqlarını artırmağa ehtiyac yoxdur - YENİLƏNİB
15:07 06.11.2025
İqtisadiyyat
528
Bu gün icbari tibbi sığorta haqlarını artırmağa ehtiyac yoxdur.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
“Azərbaycan səhiyyə xərcləri son 5 ildə 160 % artırır. Avropa ölkələrində daha yüksək rəqəm ola bilər. Lakin toplanan icbari tibbi sığorta haqlarının dəyərinə də baxın. Bu gün özəl sektora əlavə yük gətirməyə, icbari tibbi sığorta haqlarını artırmağa ehtiyac yoxdur”, - deyə maliyyə naziri bildirib.
***
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov icbari tibbi sığorta haqqına dair təkliflə çıxış edib.
APA-nın xəbərinə görə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, səhiyyə xərclərinin ÜDM-də payı hələlik 2,7 faiz təşkil edir.
Rəşad Mahmudov qeyd edib ki, beynəlxalq təcrübə göstərir ki, yaxın gələcəkdə səhiyyə büdcəmizin ÜDM dəki payının minimum 5 faizə çıxarılmasına hədəfləməliyik: “İnkişaf etmiş ölkələrdə səhiyyənin dayanıqlılığı icbari tibbi sığorta yığımları hesabına təmin olunur. Bizdə bu sistem hazırda “2 + 2” modelindədir — yəni 2 faiz işəgötürən, 2 faiz işçi ödəyir. Lakin bu, beynəlxalq praktikada minimum səviyyə hesab olunur. Qazaxıstan son illərdə “3 + 3” modelinə keçərək səhiyyə fondlarını ikiqat artırdı. Türkiyədə bu nisbət ümumilikdə 17 faiz, Almaniyada isə 14,6 faizdir. Bu fərqlər təsadüfi deyil, səhiyyə sisteminin xidmət keyfiyyətinə, dərman təminatına və əhalinin məmnunluğuna birbaşa təsir göstərir. Əgər biz yaxın illərdə dayanıqlı, alıcatan və keyfiyyətli səhiyyə xidmətləri qurmaq istəyiriksə, mərhələli şəkildə “2 + 2” modelindən “4 + 4” səviyyəsinə keçid vacibdir. Bu keçid təkcə faiz artımı deyil, bu üç strateji nəticə verəcək. Birincisi, sistem dayanıqlığı artacaq, dövlətin maliyyə yükü azalacaq, sığorta fondu sabit gəlir axınına çevriləcək. Xidmət keyfiyyəti yüksələcək, yığımlar hesabına xidmət zərfi və dərman təminatı genişlənəcək. Vətəndaş məmnunluğu artacaq, ödəyən hər kəs aldığı xidmətin qarşılığını daha aydın görəcək. Bu məsələ ictimaiyyət tərəfindən bəzən yanlış başa düşülür, “əlavə yük” kimi təqdim olunur. Amma əslində, bu mexanizm dövlətin üzərindən yükü azaldan deyil, vətəndaşın sağlamlıq hüququnu daha güclü təmin edən bir sistemdir. Çünki sığorta yığımının artması deməkdir ki, daha çox vətəndaş daha keyfiyyətli xidmət alacaq, sistem isə maliyyə baxımından özünü təmin edən və şəffaf olacaq. Bu tədbirlər həyata keçərsə, səhiyyə xərclərinin ÜDM-dəki payı yaxın 4–5 il ərzində 5 faiz səviyyəsinə çatdırıla bilər. Bu isə artıq Avrasiya ortalamasına uyğun bir nəticə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi