Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin baş rəsmisi ilə müzakirələr aparıb
16:53 10.09.2025
İqtisadiyyat
588
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.
"Report"un məlumatına görə, Azərbaycan və ABŞ arasında institusional əsasların möhkəmləndirilməsi, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkənin iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün görüləcək işlər müzakirə edilib.
Tərəflər Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Hökumətlərarası Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıblar. Bu təşəbbüs iki ölkə arasında iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Həmçinin ABŞ ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycanın prioritetləri təqdim olunub. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması və strateji infrastruktur layihələri ABŞ şirkətləri üçün əlverişli imkanlar yaradır.
Vaşinqtonda keçirilmiş görüşlərin – ABŞ İdxal-İxrac Bankı (US EXIM Bank), "SpaceX", "Exxon Mobil" və digər aparıcı qurumlarla aparılan danışıqların davamı olaraq, yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Zəngəzur dəhlizi (Trans-Xəzər Regional İnkişaf və Partnyorluq Platforması – TRIPP) üzrə işlərin davam etdirilməsi, regional nəqliyyat-logistika layihələrinin reallaşdırılmasının iqtisadi əməkdaşlığa verəcəyi töhfələr diqqət mərkəzində olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya