Nazir: ABŞ-da imzalanmış sazişlər region üçün mühüm əhəmiyyət daşıyır
Yusif Nəzərli
07:01 03.10.2025
İqtisadiyyat
535
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsində ölkəmizin iqtisadi mühitinin yaxşılaşmasının və sahibkarların rəqabət qabiliyyətinin artmasının şahidiyik.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənir, yerli və xarici investisiyalar üçün əlverişli mühit formalaşdırılır:
“ABŞ-da imzalanmış sazişlər və yeni mərhələlər iqtisadi marağı artırır və bu proseslər bütövlükdə region üçün də mühüm əhəmiyyət daşıyır. Bu gün iqtisadi siyasətin əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorudur. 2021–2024-cü illərdə qeyri-neft sektorunda hər il orta hesabla 6–7% artım qeydə alınıb. Bu, yaxşı göstəricidir, amma biz sürəti daha da artırmaq yollarını axtarırıq. Hazırda qeyri-neft sektorunun iqtisadiyyatda payı 68%-ə çatıb, ilin sonuna bu rəqəmin 70%-ə yaxınlaşacağını proqnozlaşdırırıq. İxrac da təxminən iki dəfə artıb, lakin hələ də baza göstəriciləri aşağıdır. Ona görə də iqtisadiyyatın şaxələndirilməsi və rəqabət mühitinin gücləndirilməsi bizim əsas hədəfimizdir”.
O qeyd edib ki, özəl sektorun qeyri-neft sahələrinə marağı artır:
“2024-cü ilin ilk 8 ayında əsas kapitala yönələn investisiyalar 8,2 milyard manat təşkil edib. Xarici mənbələrdən yatırılan investisiyalar ötən illə müqayisədə 36% artıb. Sahibkarlığa dəstək mexanizmləri nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81%-ə çatıb. Xüsusilə qadın sahibkarlığın artması sevindirici haldır, bu ilin ilk yarısında qadın sahibkarların sayı 70% artaraq 330 minə yaxınlaşıb”.
“Prezidentin də vurğuladığı kimi, iqtisadiyyatın diversifikasiyası əsas vəzifədir. Bu isə yeni məhsul və xidmətlərin istehsalı üçün bilik, bacarıq, insan kapitalı və müasir texnologiyaların mənimsənilməsini tələb edir. Bütün bunların uğurlu olması üçün isə düzgün mühit, yəni rəqabət mühiti vacibdir”, - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya