Razi Abbasbəyli: Azərbaycanın proqnozdan kənar neft gəlirləri artacaq
Bu gün erkən saatlardan birjalarda neftin qiyməti 100 dollardan artıq bahalaşıb.
İqtisadçı Razi Abbasbəyli Sherg.az-a bildirib ki, belə bir göstərici 2022-ci ilin yayından bəri ilk dəfədir müşahidə edilir:
- Əsasən London birjasında açılışın ilk dəqiqələrində qiymət bir barrelə görə 119 dollara qədər yüksəlib. İsrail-ABŞ-İran müharibəsinin tezliklə bitəcəyini proqnozlaşdırmaq çətindir. Görünən odur ki, tərəflər inadla dirəniş göstərir. Əgər dünənə qədər İran Körfəz ölkələrində neft infrastrukturunu hədəf alırdısa, dünəndən ABŞ da İranın neft infrastrukturunu vurdu. Hörmüz boğazında gərginlik qalmaqdadır. Belə olan halda isə neftin qiymətinin bahalaşacağı qaçılmazdır.
İqtisadçı qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində bu il neftin bir barrelinin qiyməti 65 dollar səviyyəsində müəyyən olunub. Büdcənin gəlirləri, xərcləri əasən neftin qiymətinə uyğunlaşdırılıb. Regiondakı gərginliyin uzun müddət davam edəcəyi, yaxın aylarda neftin qiymətinin ucuzlaşmayacağını proqnozlaşdırmaq üçün ciddi əsaslar yaradır. Qiymət bahalaşırsa, Azərbaycan nə qazanır:
- Sadə bildə ifadə edək. Neftin qiyməti hər 1 dollar dəyişəndə Azərbaycanın ixrac gəliri 300 milyon dollar, dövlət büdcəsinin gəliri isə150 milyon dollar artır. Neftin qiyməti 70 dollar olduqda büdcə gəlirimiz 750 milyon, 75 dolarr olduqda 1.5 milyard, 85 dolalr olduqda isə 3 milyard dollar artır. Əgər neftin 1 barreli dünya bazarında 100 dollara satılarsa, Azərbaycanın illik gəliri 5.25 milyard dollar artır. Əlbəttə ki, bu illik gəlirlərə aid hesablamadır. Artan gəlirləri günlük, həftəlik, aylıq da hesablamaq mümkündür. Nəticə etibarilə Azərbaycanın proqnozdan kənar neft gəlirləri artacaq. Bu, həm valyuta ehtiyatlarımızın artmasına, həm də yeni imkanların yaranmasına səbəb olur.