Özəl şirkətlər neft sənayesində dövlətçiliyə təhlükə yaratmır - İlham Şaban
Yusif Nəzərli
06:44 23.10.2025
İqtisadiyyat
443
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransı keçirilib. İclasda çıxış edən millət vəkili Ziyad Səmədzadə deyib ki, Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsindədir. Deputat bildirib ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün iqtisadi müstəqillikdən, inkişafdan və torpaqlarımızın azadlığından danışa bilməzdik:
"1995-1996-cı ildə ölkəmizdə özəlləşmə siyasəti həyata keçiriləndə bəziləri deyirdi ki, gəlin, hər şeyi özəlləşdirək, dağıdaq. Amma o vaxt bunun qarşısını ala bildik. Çünki elə sahələr var ki, onun özəlləşdirilməsinə yol vermək olmaz". Z.Səmədzadə hesab edir ki, Azərbaycanda neft sənayesinin özəlləşdirilməsinə heç vaxt imkan verilə bilməz: "Bəzən iqtisadiyyatda liberallaşmadan danışılır. Amma liberallaşma dövlətin iqtisadi müstəqilliyinə ziyan vurur. Çünki liberallaşma laqeydlikdir. Biz isə idxalı və daxili bazarı qorumalıyıq".
Millət vəkilinin açıqlamasını Sherg.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban deyib ki, 1920-ci il mayın 2-də Azərbaycan neft sənayesi milliləşdirilib. Ekspert vurğulayıb ki, 1995-ci ilin yanvar ayının sonunda Azərbaycanın neft sənayesində ilk dövlətsizləşdirmə prosesi baş verib:
"Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, "Azəri-Çıraq-Günəşli"nin idarə olunması üzrə konsorsium yaradılıb. Bu, özəl təşkilatdır və indiyə qədər dövlətə bağlı şirkət kimi qəbul edilməyib. Hazırda Azərbaycanda neft hasilatı ilə məşğul olan 14 qeyri-dövlət strukturu var. Bir şirkət, söhbət "GL" şirkətindən gedir, tamamilə Azərbaycanda yaradılmış və MMC statusunda olan özəl şirkətdir. Yüz faiz Azərbaycan kapitalı olan bir şirkətdir. Bunun dövlətçiliyimizə, iqtisadi təhlükəsizliyimizə hansısa təhdidini görmürəm. Ola bilər, Ziyad müəllim bunu Dövlət Neft Şirkəti ilə bağlı deyib. Azərbaycan Dövlət Neft Şirkəti dövlətin enerji, yəni neft-qaz sektorunda maraqlarını rəsmi şəkildə təmin edən bir qurumdur. Amma mən faktlardan danışıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region