“Prezident əhaliyə dəstəyini davam etdirir”
Fidan Həmişəyeva
12:33 08.08.2020
İqtisadiyyat
796
“Sosial paketlər bütün ölkə üzrə 5 milyon nəfəri əhatə edəcək səviyyədədir”
Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə190 manat birdəfəlik ödəmə veriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.
Ölkəmizdə “Məşğulluq və sosial rifaha dəstək” tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir. Dövlət sektoru 900 min nəfərin iş yeri və əmək haqqları qorunub. Özəl sektor üzrə isə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb. Eyni zamanda işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərə sosial yardımlar edilib. 190 manat birdəfəlik ödəmə üçün aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat ödənilib.
Görülən tədbirlərə dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Müşfiq Məmmədli bildirib ki, pandemiya ilə mübarizə aparılan müddətdə Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən bütün işlər görülür.
Parlamentarinin fikrincə, bu tədbirlərlə yanaşı əhalinin karantin rejimində əmək fəaliyyətindən təcrid olunması dövlətin hər zaman diqqətində olub:
“Cənab Prezident müxtəlif sosial paketlər formasında vətəndaşlarımıza dəstəyini davam etdirir. Sosial paketlər bütün ölkə üzrə 5 milyon nəfəri əhatə edəcək səviyyədədir. Avqust ayında müsbət dinamika nəticəsində xəstəliyin sayının azlması ilə yanaşı Operativ Qərargahın hazırladığı tədbirlər planına uyğun olaraq əhaliyə maddi dəstəyin davam etdirilməsi qərara alınıb. Cənab Prezident keçirdiyi son müşavirədə qeyd etdiyi kimi, 190 manatlıq birdəfəlik yardım avqust ayında da əhaliyə veriləcək. Bütün bunlar dövlətimizin iki əsas strateji vəzifəsinin olduğunu göstərir: İlk növbədə əhalinin sağlamlığı, ikinci növbədə isə sosial rifahın qorunması. Ölkə başçısının dediyi kimi bütün bunlar Azərbaycanın sosial dövlət modelində inkişafının göstəricisidir”.
Millət vəkili qeyd edib ki, parlamentin son sessiyasında aparılmış müzakirələrdə sosial təminat sturukturlarına üstünlük verilməsi istiqamətində qanun layihələri müzakirə olundu:
“Bu qanun layihələrinin qəbul olunması qənaət edilmiş vəsaitin yenidən səhiyyə sisteminə cəlb edilməsinə hesablanıb. Həmçinin sosial təminatla məşğul olan nazirliyin digər sturutkurlarının maddi vəsaitinin təmin olunması və büdcəsinin artırılması nəzərdə tutulur. Vətənaşların sağlamlığının ön planda olması və sosial rifahının yaxşılaşdırılması üçün görülən işlər dövlət qayğısının göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm