“Qarabağ” dayaq bloku ! - “Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik”
Fidan Həmişəyeva
15:46 11.08.2020
İqtisadiyyat
741
“Xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı artır”
“Azərbaycan bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq”
Prezident İlham Əliyev “Qarabağ” dayaq blokunun dənizə yola salınması ilə bağlı tədbirdə iştirak edib. Ölkə başçısı çıxış edərək mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi əlamətdar hadisədir:
“Bu layihə bir daha göstərir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan Qarabağ dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir”.
İqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev də “Sherg.az”a açıqlamasında “Qarabağ” dayaq blokunun dənizə yola salınmasının əlamətdar hadisə olduğunu deyib. Parlament üzvü bildirib ki, texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan bu qurğunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir:
“Bu layihə bir daha təsdiqləyir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində belə bir reallığı diqqətə çatdırdı ki, 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, başqa layihədən söhbət gedə bilməzdi.
“Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün nəinki başqa ölkələrin, hətta öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir.
Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik. Azərbaycan uzun müddət bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq”.
Deputatın sözlərinə görə, cənab Prezident müsahibəsində bildirdi ki, 1994-cü ildən başlayaraq xarici neft şirkətləri Azərbaycana böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə maraq azalmır, əksinə artır:
“Bu əminlik də ifadə edir ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək. Reallaşan layihələr yalnız region, qitə deyil, bütövlükdə Avrasiya üçün vacib layihələrdən hesab olunur. Təbii ki, düzgün müəyyənləşdirilən siyasət, gələcəyə hesablanmış addımların səmərəli icrası ölkəyə böyük uğurlar qazandıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm