Qızılın qiyməti aşağı düşüb

Qızıl fyuçerslərinin qiyməti dekabrın 22-dən sonra ilk dəfə olaraq bir troya unsiyası üzrə 4 400 dollar həddindən aşağı enib.

Trend xəbər verir ki, bu barədə “Comex” ticarət platformasının (Nyu-York əmtəə birjasının bölməsi) açıqladığı göstəricilərdə qeyd olunur.

Bakı vaxtı ilə saat 18:30-da qiymətli metalın dəyəri 3,65 faiz azalaraq bir troya unsiyası üçün 4 386,6 dollar olub. Saat 18:35-ə yaxın isə eniş tempi zəifləyib və qızılın qiyməti 3,46 faiz azalmaqla 4 395,4 dollar səviyyəsində qərarlaşıb.