Rusiya neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı səviyyəyə düşüb

Rusiyanın "Urals" markalı xam neftinin qiyməti bir barel üçün 36,61 dollara düşüb.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, bu, 2023-cü ilin martından bəri ən aşağı göstəricidir.

Oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan edib . Bunun ardınca oktyabrın 27-də “Lukoyl” məhdudiyyətlərə görə xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

“Lukoil” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar aparır.