Rusiyada xarici valyuta və qızıl ilə əməliyyatlar dayandırıldı

Rusiya daxili bazarda xarici valyuta və qızılla əməliyyatları dayandırıb.

Oxu.Az bu barədə Rusiya Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Dayandırma 2026-cı il iyulun 1-dək qüvvədə olacaq. Nazirliyin açıqlamasına əsasən, qərar dövlət maliyyəsinin dayanıqlığının artırılması və ölkənin maliyyə sisteminin möhkəmləndirilməsi məqsədilə neftin baza qiyməti parametrində planlaşdırılan dəyişikliklərlə əlaqədar qəbul edilib.