Rusiyalı dollar milyarderlərinin sayı yeni tarixi rekorda çatıb

Rusiyalı dollar milyarderlərinin sayı yeni tarixi rekorda çatıb. Dünyanın ən zəngin iş adamlarının siyahısına 155 rusiyalı daxil olub. Reytinqdə əvvəlki rekord 2025-ci ildə qeydə alınmışdı - 146 nəfər.

Oxu.Az "Forbes"a istinadən xəbər verir ki, ən zəngin rusiyalıların ümumi sərvəti də il ərzində tarixi maksimumunu yeniləyərək 696.5 milyard dollara çatıb.

Rusiya iş adamları arasında siyahının yeni lideri "Severstal"ın qurucusu Aleksey Mordaşov olub.

Bir il ərzində sahibkarın və ailəsinin sərvəti rusiyalılar üçün rekord həddə - 37 milyard dollara qədər artıb.