Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə aydınlıq gətirilib
12:05 06.11.2025
İqtisadiyyat
1886
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq dövlət büdcəsinin dayanıqlığının təmin edilməsi, strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin və kapital qoyuluşlarının artırılması hədəfləri nəzərə alınmaqla hazırlanıb.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Orxan Nəzərli bildirib ki, layihədə ölkə Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələrək Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin genişləndirilməsi kimi tapşırıqlar da nəzərə alınıb.
Təkliflər layihəsi həmçinin muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonrakı dövrə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asılılığın azaldılması və daxili bazarın qorunması, vergi nəzarətinin və şəffaflığın artırılması, eləcə də qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsini nəzərdə tutur: "Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir. Layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını – yerli avtomobil istehsalı, gəmiqayırma, neft-qaz sənayesi, dövlət-özəl tərəfdaşlığı, balıqçılıq, kənd təsərrüfatı, ictimai iaşə və əmək bazarını əhatə edir. Bu istiqamətlər üzrə vergi siyasətinin çevikləşdirilməsi və güzəşt mexanizmlərinin tətbiqi iqtisadi aktivliyi artırmaq, ixrac potensialını genişləndirmək və dövlət gəlirlərinin sabitliyini qorumaq məqsədi daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi