Xarici dövlət borcunun 49,9 faizi yaxın 5 ildə qaytarılmalıdır
Yusif Nəzərli
17:26 05.11.2025
İqtisadiyyat
333
2025-ci ilin 1 iyul tarixinə xarici dövlət borcu portfelinin 34,9%-i Asiya İnkişaf Bankının, 27,7%-i avrobondların, 14,7%-i Dünya Bankının, 22,7%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşüb.
Maliyyə Nazirliyindən verilən məlumata əsasən, 5 milyard 10 milyon dollar xarici borcun 1 milyard 780 milyon dolları Asiya İnkişaf Bankına,1 milyard 387,3 milyon dolları investorlara (avrobondlar), 738,6 milyon dolları Dünya Bankına, 245,4 İslam İnkişaf Bankına, 232,8 milyon dolları isə Avropa Yenidənqurma və İnkişaf Bankına olan borcdur.
Bununla bərabər borcun 167,8 milyon dolları Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə, 85,7 milyon dolları Asiya İnfrastruktur və İnvestisiya Bankına, 405 milyon dollar isə digər kreditorlara olan borc təşkil edir.
Qeyd edək ki, xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Borcun 85,1 faizi dollar, 6,5 faizi avro, 3,3 faizi yen, 1,7 faizi digər valyutalardadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi